İngiltərə liqa kubokunda 3-cü mərhələ başa çatıb. “Mançester Siti” “Nuyukasl” səfərində uğursuzluqla üzləşib. “Şəhərlilər” eyniadlı komandaya minimal hesabla uduzaraq mübarizəni dayandırıblar. Yeganə qolu Aleksandr İsak vurub. “Nyukasl” növbəti mərhələdə “Mançester Yunayted”lə qarşılaşacaq.
“Liverpul” “Enfild Roud”da “Lester”i qəbul edib. Görüşdə hesab erkən açılıb. Keysi Makatir Çempionşip klubunu önə çıxarıb. 2-ci hissədə mersisaydlılar rəqib qapısından 3 top keçiriblər. Kodi Qakpo, Dominik Soboslay və Dieqo Jota fərqləniblər. “Liverpul”un 1/8 finalda rəqibi “Bornmut” olacaq.
“Çelsi” azarkeşləri önündə “Brayton”la üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. Nikolas Cekson fərqlənməklə yerli azarkeşləri sevindirib. “Çelsi” növbəti mərhələdə “Blekbörn Rovers”lə qarşılaşacaq.
Londonun digər klubu “Arsenal” isə səfərdə “Brentford”u məğlub edib. Topçulara qələbə qazandıran qolu Ris Nelson vurub. “Arsenal” 1/8 finalda digər paytaxt klubu “Vest Hem”in qonağı olacaq.